ƏMAS-da ən çox narazılıq yaradan  MÜDDƏT problemi necə həll olundu?

ƏMAS-da ən çox narazılıq yaradan  MÜDDƏT problemi necə həll olundu?

Satışına START verilən “ƏMAS Platforması: A-dan Z-yə” kitabından seçmə

 

10 may 2022-ci tarixdən tətbiq olunan ƏMAS altsistemi ilə bağlı ən çox narazılıq yaradan məsələrdən biri müddəti bitən, amma aktiv olan əmək müqavilələri ilə bağlı idi.

Mİsal. İşçi 1 fevral  2022-ci il tarixdə 3 aylıq müddətli əmək müqaviləsi ilə işə qəbul olunub. İşəgötürən həmin müddət bitdikdən bir həftə ərzində işçinin əmək müqaviləsinə xitam vermədiyi üçün müddət avtomatik artırılıb. Çünki Əmək Məcəlləsinin 73-cü  maddəsinin birinci hissəsinə əsasən, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

ƏMAS altsistemi tətbiq olunan dövrlərdə işçinin müddətli əmək müqaviləsi avtomatik artırılan zaman işçi üzrə düzəliş etdikdə tələb olunurdu ki, müqavilənin bitmə tarixi yazılsın. Misalımızda qeyd edilənə uyğun olaraq işçinin əmək müqaviləsinin ilkin bitmə tarixi 1 may 2022-ci il olduğu üçün, işəgötürən 15 may 2022-ci il tarixdə işçinin əmək müqaviləsinə hər hansı səbəbdən dəyişiklik edirdirsə, ƏMAS altsistemi tələb edirdi ki, müqavilənin bitmə tarixini daxil etsin. İşəgötürən əmək müqaviləsinin yeni bitmə tarixini qeyd etmədiyi halda, işçi ilə bağlı hər hansı digər dəyişikliyi həyata keçirə bilmirdi.

Qeyd edək ki, təşkilatımızın keçirdiyi təlimlərdə həmkarlarımız tərəfindən ƏMAS altsistemində müddətli əmək müqaviləsinin bitmə tarixi ilə bağlı narazılıqlar bildirilmişdi. ƏMAS altsisteminə məsul şəxslərlə görüş zamanı bu məsələni qaldırdıq. Bildirildi ki, müddətli əmək müqaviləsi ilə bağlı problem haqqında məlumatlıdırlar, amma bu məsələdə hüquqşünaslarla ekspertlərin yekdil fikri olmadığı üçün əmək müqaviləsinin müddətini avtomatik əvvəlki müddət qədər artırmaq qərarını verə bilmirlər. Çünki hüquqşünaslar bildirirlər ki, müqavilə müddəti son artım qədər, ekspertlər isə hesab edirlər ki, ümumu muqavilə müddəti qədər avtomatik artırılmalıdır.

Yekunda ƏMAS tərəfindən müddəti başa çatan, amma aktiv olan müddətli əmək müqaviləsinə fərqli yanaşma tətbiq olundu. Artıq işəgötürəndən tələb olunmur ki, müqavilə müddətini artırsın. Mütləq tələb olmadığı üçün işəgötürənin hüququ var ki, müddəti bitən, amma aktiv olan əmək müqaviləsinin bitmə tarixini qeyd etməsin.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər